adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2019 16:48
36036
DÜNYA
A- A+

Zelenski Putinə cavab verdi

Rusiya prezidenti Vladimir Putin "normand dördlüyü” liderləri arasında baş tutan görüşün yekunlarına həsr edilmiş birgə mətbuat konfransında qaz tranziti məsələsinə toxunaraq Zelenski üçün məşhur bir uşaq şerini xatırlatmışdı: «Bizim mənzildə qaz var. Bəs sizdə?»-deyərək Ukraynaya qazı indi aldığından 25 faiz ucuz təklif etmişdi.

1 + 1 televiziya kanalının efirində Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin Sergey Mixalkovun bir şeirindən sitat gətirən bəyanatına cavab verib: "Bizdə isə qaz kəməri var"- deyib.

Onu da qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Putinlə ikitərəfli görüşdən daha əvvəl də qaz tranziti məsələsini müzakirə emişdi. O, bildirmişdi ki, qaz məsələsinin «kilidini açmağa» müvəffəq olduq. Sonrakı müzakirələr, o cümlədən tədarükün formatı və qazın qiyməti ilə bağlı müzakirələr müşavirlər tərəfindən həyata keçiriləcək. Ukrayna lideri qeyd edib ki, "Naftoqaz”-"Qazprom” mübahisəsində 3 milyard dollarlıq kompensasiya məsələsini aradan qaldırmaq mümkün olub.

Rusiya ilə Ukrayna arasındakı hazırkı qaz tranziti müqaviləsi 31 dekabr 2019-cu ildə başa çatır, lakin tərəflər tranzitin davam etdirilməsi barədə danışıqlar aparırlar. Kiyevdə onlar uzunmüddətli müqaviləyə arxalanırlar, Moskvada isə müqaviləni yalnız bir il uzatmağın tərəfdarıdırlar.

MEHRİBAN