adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2019 16:44
48709
İDMAN
A- A+

Qardaşlarımız növbəti mərhələdə!

Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Adalet.az xəbər verir ki, bununla da 1/16 finala yüksələn bütün komandalar müəyyənləşib.


Türkiyənin "Trabzonspor” klubu İsveçrənin "Bazel” (2;0) , "Beşiktaş”  isə İngiltərənin "Vulverhempton” komandasına (4;0) məğlub olaraq mübarizələrini dayandırıb. 

Türkiyənin növbəti mərhələyə adlayan yeganə komandası isə İstanbulun "Başakşəhər” klubu olub. Səfərdə Almaniyanın "Borussiya Münxenqladbax"  komandasına son dəqiqə qolu ilə (2;1) qalib gələn "Başakşehir" qrup lideri kimi pley-of mərhələsinə adlayıb.

Qeyd edək ki, "Başakşehir" mənfi top fərqi ilə qrup lideri kimi növbəti mərhələyə adlayan ilk klub olub.


Ulucay Akif