adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2019 16:23
12894
HADİSƏ
A- A+

Bakıda qayın yeznəsini evində bıçaqlayıb qaçdı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Əliyev Zaur Ağazər oğlu Zabrat qəsəbəsi, Oktyabr küçəsi 65 saylı evdə yaşayan yeznəsi, 1988-ci il təvəllüdlü Cəfərov Emin Ənvər oğlunun yaşadığı evə qonaq gedib.

Evdə yaranmış münaqişə nəticəsində Z.Əliyev E.Cəfərovu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda Z. Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.