adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Dekabr 2019 11:48
31188
GÜNDƏM
A- A+

Bu da Paşinyanın arvadının tərbiyəsi!

Ermənistan Baş Naziri Paşinyanın həyat yoldaşı Anna Hakopyan erməni mediası və blogerlərin tənqid hədəfinə tuş gəlib. Bu qeyri-etik foto erməni sosial şəbəkələrində sürətlə paylaşılaraq gündəmə çevrilib.

Adalet.az xəbər verir ki, Hakopyanın bu fotosu Cenevrədə Ermənistana həsr edilmiş İsveçrə Qırmızı Xaçın xeyriyyə gecəsində çəkilib.

Ermənistanın först ledisi katalikosun qarşısında dini ayinlərə, etiket qaydalarına uyğun olmayan geyimdə əyləşib. Buna qədərsə Annanın Protokol qaydalarına uyğun olmayaraq türkmənistana səfər etməsi, orada büdcə hesabına ən bahalı mehmanxanada gecələməsi, oradan dovlət təyyarəsi ilə Cenevrəyə ucması bildirilib. 

Bununla paralel olaraq Paşinyan ailəsinin Evində 2 milyonluq təmir işləri aparılması, 50 milyon dramı tenderdə öz kitablarını nəşr etdirən nəşriyata verməsi, bahalı zirehli maşın alması ilə bağlı tənqidlər də səsləndirilib. 

Ən qəzəbli statusu isə bloger Vahram Petrosyan yazaraq bildirib ki, "etiket qaydaları qadınları yüksək dərəcəli keşişlərin iştirakı ilə keçirilmiş tədbirlərə dizi örtülmüş geyimlə qatılmağı tələb edir. Bütün bu adətlər artıq heçə sayılır. Bir halda ki, 10 gün əvvəl bu qadın və onun əri vegi ödəyicilərinin hesabına 400 min dollarlıq xüsusi təyyarə kirayələmiş və ABŞ-a səfər etmişdirlər. Onların səfərindən yeganə mənfəət Tramp və Melani ilə birlikdə çəkdirdikləri şəkil olmuşdur".



    Ulucay Akif