adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
13 Dekabr 2019 11:10
32654
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: QADASIN ALDIĞIM

Təkliyi yüklədin mənə
Sağ ol, qadasın aldığım!..
Mən asi olmaram Sənə -
Şux ol, qadasın aldığım!..

Ömür-gün üyünüb gedir...
Sap kimi düyülüb gedir...
Bir ürək döyülüb gedir -
Bax dol, qadasın aldığım...

Qulağım telefon zəngində
Gözlərim yolun cəngində...
Təki mən ölüm, hər gündə -
Sən ol! - qadasın aldığım.

Yoxluq axır, inandırsın
Ruhuma bir şam yandırsın...
Sənə Cənnəti andırsın -
Sağ- sol, qadasın aldığım!..