adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2019 10:00
83158
KRİMİNAL
A- A+

Bakıda yarıçılpaq bıçaqlı şəxslər insanlara belə hücum etdi - VİDEO

Səbail rayonunda ikinəfər bıçaqlı şəxsininsanlara hücum etməsinin görüntüsü yayılıb.

Görüntülərdən aydın olur ki, Nizami küçəsində qeydə alınan hadisədə iki nəfər yarıçılpaq vəziyyətdə əvvəlcə insanları təhdid edir.

Onlar daha sonra əllərindəki bıçaqla ətrafdakılara hücum etməyə cəhd göstərirlər.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İkinəfər onları sakitləşdirməyə çalışan asayiş keşiçkilərinə də hücum etmək istəyir. Bu zaman xuliqanlar bıçaqla özlərinə xəsarət yetirirlər.

Polis əməkdaşları həmin şəxsləri saxlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.(oxu.az)