adalet.az header logo
  • Bakı 7°C
12 Dekabr 2019 13:33
7718
HADİSƏ
A- A+

DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Metronun "Neftçilər” stansiyasının platformasında özünü qatar yoluna atan şəxs barədə məlumat yayıb.

DİN-dən Adalet.az-a bildirilib ki, dekabrın 11-də saat 18 radələrində metronun "Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.