Vallah, mən ölməmişəm...
Xalq artisti Niyaməddin Musayev bərk əsəbləşib:" Utanmırlar, bu cür cəfəng şeylər yazırlar. Maraqlanıram, amma tapa bilmirəm. Saytına baxış sayı artırmaq üçün bu cür şərəfsizlik edirlər. Mən sağ-salamatam. Bu kimi xəbərləri yayanlar şəxsiyyətsiz və şərəfsizdirlər. Mən onları tapıb məhkəməyə verə bilərəm amma mənliyimə sığışdırmıram”.
Adalet.az xəbər verir ki, sosial şəbəkələrdə xalq artisti Niyaməddin Musayevin ölüm xəbəri yayılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.Xəbəri sosial şəbəkələrdən bilənNiyammədin Musayev stress və əsəb keçirib və yuxarıda söylədiyi fikirlərə bunlarıda əlavə edib:
" Bu, hərəkət alçaqlığın son həddidir. Yaxınlarım-doğmalarım sənətimi , mahnılarımı sevənlər gecə-gecə narahat olub, bir-bir mənə zəng vururlar. Telefonum susmur. Öyrənmədən bu cür əsassız bir məlumatı yaymaq əxlaqsızılıq və mənəviyyatsızlıqdır”.
Əntiqə Rəşid