adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2019 18:16
52117
İDMAN
A- A+

«PSJ» «QALATASARAY»I ÇİLƏDİ

Fateh Terimin çox sevdiyi və tez-tez işlətdiyi bir ifadəsi var: «Biz bitdi demədən bitməz». Amma «PSJ» ilə oyun zaimanı İmperator bitdi demədən bitdi. Və «Qalatasaray» Parisdən bir setka top gətirdi.

İmperator!

Atam Abdal Gülablıya gedir. Kənd də şossedən təxminən 4 kilometr aralıdaydı, çox vaxt camaat bu yolu piyada gedirdi. Gülablıya dönərkən atam görür ki, bir ağbirçək əlində də zənbil piyada gedir. Sürücüyə deyir ki, oğul, saxla, bu ağbirçəyi də götürək. Maşını saxlayırlar, sürücü də düşür zənbilə kömək edir və ağbirçək minir maşına və təşəkkür edir.

Atam soruşur ki, bacı, adın nədi?

- Bacı yox, xala. Mən səndən çox böyüyəm. Adım da Sağsağandı.

Atam təəccüblə soruşur ki, bu nə addı?

-Bajoğlu, bir vaxtlar adım Turaş idi, indi turaşdığım gedib, sağsağanlığım qalıb.

Sonra məlum oldu ki, bu Qarabağın ən məşhur söz ustası, Molla Nəsrəddini, Abdal Qasımın qızıdı.

Abdal Qaısımın lətifələrini hərdən qəzetdə dərc edirəm, bugünki nömrədə birini də dərc edərəm.

İndi Fateh Terimin də imperatorluğu gedib, qatırçılığı qalıb.