adalet.az header logo
  • Bakı 7°C
12 Dekabr 2019 11:03
17614
GÜNDƏM
A- A+

Niyaməddin Musayevin ölüm xəbəri

Saytda müxbir yazır ki, Niyaməddin Musayev öldü. Saytın redaktorundan Niyaməddin müəllimin qonşusu zəng edib deyir ki, ay qardaş, belə iş görməzlər axı. Beş dəqiqə bundan qabaq mən Niyaməddin müəlimgildə onunla birlikdə çay içirdik. Ayıbdı axı, dəqiqləşdirin də.

Redaktor müxbiri çağırıb bərk danlayır. Müxbir də and içir ki, vallah, ölüb.

- Ayə, indicə qonşusu zəng edib məni biabır elədi. Götür bir evlərinə zəng elə.

Müxbir zəng edir və Niyaməddin müəlllim telefonu götürür:

- Niyaməddin müəllim, deyirlər, siz ölübsüz, bu düzdü?

- Hə, oğul, düzdü, ölmüşəm.

Müxbir üzünü redaktora tutub deyir:

- Müdir, nə yalan? Budey, adam özü deyir ki, ölmüşəm.



P.S Bax, budur bizim mətbuatın günü.