Parlament seçkilərində iştirak üçün indiyə qədər 50-ə yaxın namizəd müraciət edib
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün indiyə qədər 50-ə yaxın namizəd müraciət edib.
Adalet.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 7-nin namizədliyi artıq təsdiq olunub.
Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyası, Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətə baxılıb.
Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.
Azərbaycanda növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-da keçiriləcək.
Digər Xəbərlər
23 Aprel 2024 11:51
DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir
23 Aprel 2024 11:48Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
23 Aprel 2024 11:32Bu gün Ermənistanla sərhədin demarkasiyasına başlanılacaq
23 Aprel 2024 11:24Bakının ortasında güllənən 4 generaldan biri: Eduard Hüseynovun QƏTL GÜNÜ
23 Aprel 2024 10:32