Neft Emalı Zavoduna yeni direktor təyin olunub
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub.
SOCAR-dan verilən məlumata görə, Bəxtiyar Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra "Azərneftyağ” NEZ-də əmək fəaliyyətinə başlamış, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışmışdır. 2015-2016-cı illərdə Heydər Əliyev adına NEZ-də şöbə rəisinin müavini, 2016-2019-cu illərdə isə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini işləmişdir.
Digər Xəbərlər
19 Mart 2024 11:52
Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirdi
19 Mart 2024 11:09Avropa Rusiya taxılına görə rüsumları qaldıracaq
19 Mart 2024 10:49"Faizlərə yenidən baxılsın" - Deputatdan təklif
19 Mart 2024 10:26Bu günə olan valyuta məzənnələri
18 Mart 2024 18:04