adalet.az header logo
  • Bakı 7°C
12 Dekabr 2019 10:16
13395
GÜNDƏM
A- A+

Rauf Qərib Alagöz: 200-300 manata görə yandırılan milyonlar

Hardasa 2 ay əvvəl bu gün yanan Xırdalan yolundakı EUROHOME dən kafel-metlax alırdıq.

Birdən gözümüzün önündə plastik lambirli divar alışdı, içərini qara duman bürüdü.

Yoldaşımla qaçıb çölə çıxdıq.

İşçilərin soyuqqanlı reaksiyası məndə təəccüb yaratdı.

Gedib "obşidən" dükanın işığını söndürüb divardakı "şnur"un üstünə su töküb yanğını söndürdülər və 

"şnur"u kəsib calaq edib işıqları yandıraraq işlərinə davam etdilər.
Bəlli olurdu ki, bu hala alışıblar və bu ilk dəfə deyil.

Yanıcı və təhlükəli maddələrin satıldığı o boyda bazarda TƏHLÜKƏSİZLİK qaydalarına riayət olunmurdu və buna nəzarət edən də yox idi.

BU DA NƏTİCƏ.

Bəlkə də zamanında hər dükan 200-300 manatdan qoyub naqilləri standartlara uyğun eləsələr belə hadisələrin qarşısı alınmış olardı.

Hə, bu arada, hansı işlə məşğul olursunuz olun, əmlakınızı mütləq sığorta etdirin!