adalet.az header logo
  • Bakı 6°C
12 Dekabr 2019 09:54
37752
MARAQLI
A- A+

Şirkət rəhbərinin işçilərinə surprizi - Əzizə İsmayılova yazır

Dünya mediasının gündəminə bomba kimi düşən bu xəbəri oxudum, videoya baxdım və görəndə ki, eynən bizim iş adamları kimi hərəkət ediblər, necə duyğulandım, necə kövrəldim...

Deməli, Yuta ştatında daşınmaz əmlak şirkətlərindən biri olan "St. John Properties" in rəhbəri, "əməkdaşlarıma yeni il sürprizi edirəm" deyibən, götürüb 10 milyon dolları 198 əməkdaşı arasında bölüb.

Necə bölüb? Kompaniyada işləmə müddətlərinə görə məbləği fərqləndirməklə.

Tədbir zamanı kompaniyanın rəhbərliyi xahiş edib ki, əməkdaşlar, onlara paylanan zərfləri, elan edilməmiş açmasınlar.

Əvvəlcə onlara mükafatın ümumi məbləği açıqlanıb, yəni 10 milyon dollar, sonra isə zərflər açılıb və olan olub.

Əməkdaşların əksəriyyətinə 50.000 dollar mükafat düşüb. Ən çox işləyən 270.000 dollar, cəmi 1 gün işləyən əməkdaş isə 100 dollarla mükafatlandırılıb.

Niyə mükafatlandırıblar?-sualına gəlincə isə, şirkət bu il 3 milyarddan çox gəlir əldə edib və ehtimal ki, rəhbərlik düşünüb ki, işçilərsiz bu mümkün olmazdı. Götürüb belə bir addım atıb. Yəni ki, eynən bizimkilər kimi. Nümunə olmaq nə gözəl şeymiş, ay alla