adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2019 17:00
47825
İDMAN
A- A+

Basketbol üzrə Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Kişilərdən ibarət basketbol üzrə Azərbaycan yığmasının 2020-ci ildə keçiriləcək Avropa çempionatındakı rəqibləri bəlli olub.

Adalet.az-ın məlumatına görə, Almaniyada atılan püşkdə millimizin kiçik ölkələrin yer aldığı səbətdə mübarizə aparacağı müəyyənləşib.

Milli komandamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq.

Turnir 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək.