Nicat NOVRUZOĞLU: Deputatlığın kölgəsində urvatsızlaşan bələdiyyə

NİCAT NOVRUZOĞLU
97539 | 2019-12-14 11:00

Seçkilərərəfəsindəyik. Donuz ilinin son ayının 23-də bələdiyyələrimizi seçəcəyik. Siçanilinin əvvəlində isə deputatlarımızı. Necə deyərlər, seçki seçkiyə qarışıb.Biri növbəsində, biri isə növbədənkənar. Amma növbəsi kənar olsa da, ili yenə də siçandı. Bizimüçün nə fərqi? Siçanın ya axırı oldu, yada ki, əvvəli. Biz ki, deputat deyilik. Qoy deputatlar narahat olsunlar...

Qutularağzını açıb dayanıb. Gözlər ona dikilib. O da, gözünü bülletenə. Qutu bizdənbülleten gözləyir. Bir işarə qoy, at qutuya. Fulfulo elə, görək kimin adıçıxacaq. Seçim sizindir! Qutudan seçiminiz çıxacaq. Çıxanlara kreslo! Biri bələdiyyədən,biri də Milli Məclisdən.

Kreslomdafırlandım.

Növbədəbirinci bələdiyyədir. İlk onları seçəcəyik. Hesabla da ən çox haqqındadanışılan, müzakirə edilən bələdiyyələr olmalı idi. Amma növbədənkənar Milli Məclisəseçkilər neçə gəldisə, bələdiyyə yaddan çıxdı. Necə deyərlər, növbədənkənar gəldi,növbəli qaç.

Haraqaçacaq ki...?!

Bələdiyyədüşdü deputatlığın kölgəsinə. Növbədənkənarın PR-ı bələdiyyələrin PR-nı üstələdi.

Bütüngünü özlərini bələdiyyə seçkilərindəgörmək istəyənlərin rəngli şəkilləri sosial şəbəkələrdə, KİV-də itdi. Onların yerini deputatlığa namizədlər tutdu.

NİYƏ?

Bizniyə deputatlığa bir belə sevdalıyıq. Bələdiyyəyə nooluf ki?

Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudlarıdaxilində yerli özünüidarəetmə formasıdır.20 ildi yaranıb bələdiyyə. Əvvəl yarananda 2700 bələdiyyəmiz var idi.Sonra kiçikləri bir- birinə calayıb 1607 bələdiyyə qayırmışıq. Bələdiyyəni dədeputatlar kimi 5 ildən bir seçirik. Bələdiyyələrin fəaliyyətini tənzimləyənbir xeyli hüquqi bazamız var: "Bələdiyyələrin statusu haqqında","Bələdiyyə üzvünün statusu haqqında", "Bələdiyyə qulluğuhaqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında","Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə)vergi və ödənişlər haqqında", "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsihaqqında", Azərbaycan Respublikasının Torpaq, Su, Mülki, Seçki, Vergilər,İnzibati Xətalar məcəllələrinə bələdiyyələrlə bağlı müvafiq müddəalar və s.

Bələdiyyələrhüquqi şəxsdirlər, onların öz möhürü, ştampı və bankda hesabı olur.

Bələdiyyə öz əmlakınadair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq əmlakına sahiblik edir,ondan istifadə edir və ona sərəncam verir.

Bələdiyyələryerli əhalinin mənafeyi üçün qanunla müəyyənləşdirilmiş qaydada xarici iqtisadifəaliyyətlə məşğul ola bilərlər.

Bələdiyyələröz ərazisində hasil edilən təbii ehtiyatların istifadəçilərindən haqq (o cümlədənnatura şəklində) alırlar. Bələdiyyələr Azərbaycan Respublikasınınqanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə məqsədli büdcədənkənarfondlar yarada bilərlər.

Bələdiyyələrbələdiyyə lotereyaları buraxa bilər, kreditlər alıb-verə bilər, bələdiyyəbankları və digər maliyyə-kredit idarələri yarada bilərlər.

Sadaladıqlarımbələdiyyə üçün yaradılan imkanların bir qismidi. Və elə bu bir qism deməyə əsasverir ki, bələdiyyə olmaq heç də deputat olmaqdan asan bir şey deyil. Və heç dəhörmətsiz, səlahiyyətsiz bir iş deyil.

Çox uzağagetməyək. Bir millətin digər dövlətində keçirilən bələdiyyə seçkilərindəyaşanılanları yadınıza salın! Necə rəqabət, necə seçki, necə inam...

Hə, deyəcəksizki, onlar başqa biz başqa. Başqalıq yoxdu. Bir millətik. Biriksə, demək ki, bizdə qadirik. Qadirliyinizə inanın.

Və bələdiyyəseçkilərini urvatdan salmayın.



TƏQVİM / ARXİV