adalet.az header logo
  • Bakı 7°C
12 Dekabr 2019 10:09
17386
GÜNDƏM
A- A+

Ramiz Mehdiyev İlham Əliyev haqqında məqalə yazdı

Mənim üçün müasir Azərbaycanın inkişaf tarixi ilə bağlı açıq suallar qalmayıb. Ölkənin ümdə problemlərinin həllində iştirak etməli olanlar qeyri-ordinar transformasiyaların şahidlərinə çevrilir, ən mühüm məqamları gözləri ilə görmək və onun həqiqi miqyasını real zaman rejimində qiymətləndirmək imkanı əldə edirlər. O zaman istər-istəməz inanırsan ki, insanın quruculuq istedadının bənzərsizliyi mahiyyət etibarilə heç də təsadüfi deyil.

Quruculuq istedadı özünü həmişə göstərir – gündəlik münaqişələr, böhranlar, hadisələrin mürəkkəb gedişi burulğanında da, həyati məsələlərdə də. Labüd olaraq adilik mənzərəsi yaradan ilk təəssüratların effekti göz qabağında geri çəkilir, realist idraka geniş meydan verir.



Həssas və mahir loğman adlandırılan zaman keçmişə nəzər salmağa məcbur edir. Ötən günlərin səciyyəvi xüsusiyyətlərinin hərtərəfli təhlili həmvətənlərimizin hər birini olub-keçənlərə bir növ yekun vurmağa, ibrətamiz mübarizə praktikasına və qalib gəlmək məharətinə sövq edir.

Bu material Azərbaycanın dövlət başçısı vəzifəsində böyük siyasi xadim və görkəmli dövlət xadimi Heydər Əliyevi əvəz etmiş Prezident İlham Əliyev haqqında kitabın bir fəslidir. 2003-cü ilin oktyabr ayında növbəti prezident seçkilərindən bir qədər əvvəl Ümummilli Lider öz namizədliyini varisi İlham Əliyevin xeyrinə geri götürdü.

İnkişafın yüksək tempi və innovasiyalılıq ilə səciyyəvi olan XXI əsrin post-sənaye dövrü səhv etməyə şans vermir. Buna görə də Azərbaycan xalqı müstəsna düzgün seçim etməli idi. Bu seçim yeni, dünyada bərqərar olmamış şəraitdə ümummilli lider Heydər Əliyev tərəfindən başlanmış işi davam etdirməyə imkan verməli idi.

2003-cü il oktyabrın 15-də belə bir seçim edildi – İlham Əliyev Azərbaycan Prezidenti seçildi.

İlham Əliyevin həll etməli olduğu məsələlər çox genişmiqyaslı idi. Onlar Heydər Əliyevin fəaliyyətinin yekunları ilə müəyyən olunurdu – dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, iqtisadi artımın yüksək sürətinin təmin edilməsi və yeni iş yerlərinin yaradılması, xalqın sosial rifah səviyyəsinin yüksəldilməsi, Silahlı Qüvvələrin modernləşdirilməsi yolu ilə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, xarici siyasət sahəsində milli maraqların təmin edilməsi və heç şübhəsiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və s.

Qarşıya qoyulmuş hədəflərə nail olmağa şərait yaradılması üçün dövlət başçısı, ilk növbədə, həm onun həmməsləklərinə, həm də ölkənin bütün vətəndaşlarına aydın olan müvafiq dövlət idarəçilik sistemi formalaşdırmalı idi.

Yeni dövlət başçısının qarşısında labüd olaraq Azərbaycanın gələcək inkişaf vektorunun müəyyən edilməsi, ölkəni inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmalı olan müvafiq məsələlərin formalaşması kimi mürəkkəb vəzifələr dururdu. Nəzərdə tutulan planların icrası üçün kreativ komanda formalaşdırmaq tələb olunurdu. Bu komanda idarəetmə sistemində innovasiyalı texnologiyalar tətbiq etməklə ölkədə "informasiya cəmiyyəti”nin inkişafına güclü təkan verməli idi. Bu o demək deyildir ki, yeni Prezident əvvəlki Prezident Heydər Əliyevin kadrları ilə işləmək istəmirdi. Ağıllı dövlət başçısı bu fürsəti əldən verməz və məhz təhsilli, təcrübəli, istedadlı, xalqın həqiqi mənafelərini müdafiə edən kadrları öz tərəfinə çəkər. Buna görə də Heydər Əliyevdən sonra kim prezident olsa, onun taleyi əvvəlki dövlət başçısının kadrlarına münasibətdən asılı olacaqdı.

Etiraf etmək lazımdır ki, yeni minilliyin əvvəlində Azərbaycanın üzləşdiyi təhdidlər İlham Əliyevdən ümummilli lider Heydər Əliyevin siyasi və sosial-iqtisadi kursunu davam etdirmək üçün zəruri olan xüsusi, demək olar ki, müstəsna qabiliyyətlər tələb edirdi. Heydər Əliyevin prezidentlik dövrünün tarixi göstərir ki, Azərbaycan şəraitində transformasiyalar təkamül yolu ilə və dərk edilmiş inkişafa əsaslananda səmərəli olur.

Qloballaşma proseslərinin fəallaşdığı şəraitdə Azərbaycanın inkişafı ilə bağlı genişmiqyaslı planları yalnız həqiqi siyasi liderlər həyata keçirməyə qadir idi. Bununla bərabər, siyasət olimpinə təsadüfən gəlib çıxmış insanların özlərindən sonra xarabalıqlar qoyub getməsi nümunələri tarixdə çox olub. Bu baxımdan, özlərindən sonra yalnız dağıntı və qanlı izlər qoyub getmiş Neron, İdi Amin, Pol Pot və bir sıra başqa tiranları xatırlamaq kifayətdir.

Bu və ya digər səbəblər üzündən peşəkarlıq baxımından yararsız insanlar dövlət sükanı arxasına keçəndə nələr baş verdiyini yəqin etmək üçün XX əsrin 80-ci illərinin sonunda və 90-cı illərinin əvvəlində Azərbaycan xalqının da imkanı olub. O vaxt məsuliyyətsiz və avantürist rəhbərlərin əməlləri nəticəsində ölkə dərin siyasi və sosial-iqtisadi böhranla üzləşdi, uçurum qarşısında qaldı.

XXI əsrin əvvəlinin reallıqları, dövlətin inkişafının yeni mərhələsində onun qarşısında duran mürəkkəb məsələlər tamam başqa tipli siyasi lider tələb edirdi. Müasir cəmiyyətin və yeni tipli siyasi liderin dialektikasını əvvəlki dünyabaxışı yanaşmaları və köhnə nəzəriyyələr əsasında anlamaq mümkün deyil. Müasir siyasi lider əvvəlki dövrlə müqayisədə daha incə və mürəkkəb məsələləri həll etməlidir. O, insanların psixikasından daha çox onların zəkasına təsir göstərməli və onları təkcə praktiki məsələlərin həlli üçün səfərbər etməklə kifayətlənməməlidir. O, xalq kütlələrinin mənafelərini demokratiya ilə birləşdirmək, öz nümunəsi və sözü ilə milləti birləşdirmək, onda quruculuq və vətənpərvərlik ruhu formalaşdırmaq qabiliyyətinə malik olmalıdır. Yeni siyasi lider irəli çəkiləndə deyil, əhalinin əksəriyyəti tərəfindən qəbul ediləndə sosial dəyər kəsb edir, əmin olur ki, dövlətin mənafeləri onun praktiki işi olacaq. Bu isə siyasi liderin dünyagörüşündən, zehni qabiliyyətindən və praktiki fəaliyyətindən, Vətənin taleyi üçün məsuliyyətindən, onun praktiki ideyalarının insanların qəlbinə nə dərəcədə yol tapmasından asılıdır.

İlham Əliyevin 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki nitqi hələ yaddaşlardan silinməyib. O, həmin nitqində demişdi: "Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur.

Azərbaycan Respublikasının Prezidenti seçilməyimlə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm.

Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Ötən 16 il göstərdi ki, İlham Əliyev siyasi-iqtisadi varislik yolunu, əvvəlki onillikdə Heydər Əliyevin nail olduqlarını rəvan, sabit şəkildə inkişaf etdirmək və artırmaq yolunu seçib.

Azərbaycan xalqı öz xilaskarı Heydər Əliyevə sadiq qaldı. Ölkə dinamik inkişafını davam etdirdi. Əlavə tədbirlər sayəsində prezidentlik institutu möhkəmləndi, daxili siyasət və ictimai həyat sahəsində ölkə vətəndaşları tərəfindən yüksək etimad əldə edildi. İctimai təsisatların hüquqi və təşkilati baxımdan təsbit olunması ölkədə sabitliyin bərqərar olmasını təmin etdi. Pozucu müxalifətin ölkədə xaos, hərc-mərclik yaratmaq, bununla da respublikada normal əmək ritmini pozmaq cəhdləri tamamilə puç oldu, bu cəhdlərin gələcəkdə dirçəlməsinə heç bir ümidi qalmadı. Ölkə ümumi inkişafa doğru aparan yola inamla qədəm qoydu.

Yeni minilliyin ikinci onilliyi xalqların həyatının bütün sahələrini əhatə edən ciddi transformasiyalarla əlamətdardır. Yeni tipli cəmiyyət formalaşdırmaq problemlərinin həllinə əvvəlki yanaşmaların potensialı tükənib. İndi güclü inkişaf üçün stimul yaradan yeni, innovasiyalı metodlar və mənbələr tələb olunur. Baş verən qlobal dəyişikliklər əhalidən və ölkənin ayrı-ayrı vətəndaşlarından mütəşəkkillik, intizam və səmərəli iqtisadi forma və dəyərlər axtarışını tələb edir. Bu dəyərlər dövlətin rəqabət qabiliyyətini təmin etməlidir.

Bu hədəflərə nail olmağın lokomotivi qismində vətəndaşlar özləri çıxış edirlər. Onların intellektual səviyyəsi və yaradıcılıq qabiliyyəti yeni dəyişikliklərə uyğun olaraq təkmilləşməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan müasir dövrün diktə etdiyi məsələlərin həlli üçün nadir imkanlara malikdir.

İlham