adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2019 13:12
22115
SİYASƏT
A- A+

“YAP-ın namizədlər siyahısında yeni simalar olacaq” - Əli Əhmədov

"YAP vaxtı çatanda öz siyahısını elan edəcək və bu siyahı əsasında seçki kampaniyasını uğurla həyata keçirəcək".

Bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, YAP-ın namizədlər siyahısında yeni simalar da olacaq: "Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlardan ibarət olacağını görəcək və inanacaqlar”.