adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Dekabr 2019 12:13
36926
DÜNYA
A- A+

ÇEXİYADA ETİRAZ MİTİNQLƏRİ

Peaqanın Vaslav meydanında Çexiyanın baş naziri-milyarder Andrey Babişin istefası ilə bağlı etiraz mitinqi keçirilib. Təşkilatçıların məlumatına görə mitinqdə 60 minə yaxın adam iştirak edib. Polisin məlumatına görə mitinqçilərin sayı 35 minə yaxın olub.

TASS-ın məlumatına görə Vaslav meydanına toplaşan əsasən gənclərdən ibarət etirazçılar "Babiş rədd ol”, Babişi dəmir barmaqlıqlar arxasına”, "Babişdən cana doymuşuq” və s. şüarlar səsləndiriblər. Mitinqdə çıxış edənlər nazurlər kabinetinin rəhbərini hakimiyyətdən sui istifadə etməkdə, korrupsiyada, dövlət idarəçiliyində mafioz praktikasından istifadədə günahlandırıblar.

Mitinqdən sonra iştirakçılar Vaslav meydanı ətrafında küçə yürüşləri keçiriblər.

Mehriban