adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2019 12:09
12104
HADİSƏ
A- A+

Yevlaxda xəstəxanada yanğın - Xəstələr təxliyə edildi

Yevlaxda xəstəxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.