Əbülfət MƏDƏTOĞLU: BƏXTƏVƏRƏM
Dərdim başın başa qoşub
yaza qoşub, qışa qoşub...
mən yazığı xışa qoşub -
bəxtəvərəm!
Ovudaraq meylə özün
sayır hər gün göydə özün!
sonda seçir iynə gözün -
bəxtəvərəm...
"Cız..." eləyir közün yeri
batır hər gün gözün yeri!..
gəlib, deyim sözün yeri -
bəxtəvərəm!
Havalanıb ağlım, huşum
yer axtarır könül quşum...
aç sinəni, enib düşüm -
bəxtəvərə...