adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Dekabr 2019 17:57
49616
İDMAN
A- A+

“Qarabağ”ın Avroliqada son matçının hakimləri bilindi

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək"Qarabağ” – "Düdelanj” (Lüksemburq) oyunu üçün hakim təyinatları açıqlanıb.

Matçın baş hakimi Estoniya Futbol Federasiyasından Kristo Tohver olacaq.

Ona həmyerliləri Silver Koiv və Sten Klaasen kömək edəcək. Dördüncü hakim funksiyasını Yuri Frişer yerinə yetirəcək.