adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Dekabr 2019 16:38
32673
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: DƏRDİN GÖRÜNMƏYƏN TƏRƏFİ

Nalı düşmüş kəhər kimi
Dırnağı qançırdı dərdin ...
Toxdamır, durmur, elə bil -
Dalağı sancırdı , dərdin...

Yeri kirpikləri eşir...
Göyü ahının tüstüsü...
Az qala sinəmi deşir -
Dərdin qat kəsmiş ütüsü...

Sığala, nə sözə yatmır
Nə fürsəti dincə qoyur...
Çəngəlini elə atır -
Adamın ruhunu soyur!..

Ovutmağın, dil tapmağın
Susur, yolunu bilən də...
Dərd unudar at çapmağın -
Sevgim üzümə gülən də!