adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 Dekabr 2019 13:01
29850
GÜNDƏM
A- A+

Birinci özünə qarşı dürüst ol! - Qızıl dərililərin 20 "Şərəf Qanunu"

Öz adət-ənənələri ilə seçilən, özlərinə xas qanunları olan irqlərdən biri də Qızıl dərililərdir. Çox vaxt hindu da adlandırılan bu irqin xüsusi "Şərəf Qanunları" toplusu var. 20 maddədən ibarət bu qanun toplusunu sizə təqdim edirik.

1. Dua etmək üçün Günəşlə bərabər oyan. Tək və tez-tez dua et. Sən sadəcə danışsan, Böyük Ruh dinləyər.

2. Yolda azmış adamlara qarşı anlayışlı ol. Cəhalət, kibir, qəzəb, paxıllıq və acgözlük itmiş ruhdan qaynaqlanır. Yollarını tapmaları üçün dua et.

3. Özünü araşdır, kəşf et. Başqalarının sənin yolunu bəlirləmələrinə icazə vermə. O yol sadəcə sənin yolundur. Başqaları səninlə bərabər o yolu yeriyə bilər, amma heç kim sənin əvəzinə o yolu yeriyə bilməz.

4. Evinə qonaq gələnlərə hörmətlə davran. Onlara ən yaxşı yeməklərindən ver, ən yaxşı yatağını ver və onlara hörmət və izzətlə münasibət göstər.

5. Başqa bir adamdan, cəmiyyətdən, çöldən, ya da başqa bir mədəniyyətdən də olsa sənin olmayan şeyi götürmə. O nə qazanılmışdır, nə də verilmişdir. Sənin deyil!

6. Yer üzündə olan hər şeyə hörmətlə davran – istər insan olsun, istər bitki, ya da heyvan.

7. Digər insanların düşüncələrini, istəklərini və sözlərini şərəfləndir. Heç kimin sözünü kəsmə, lağ etmə, ya da yamsılama. Hamıya özünü ifadə etməsi üçün icazə ver.

8. Başqaları ilə qətiyyən pis danışma.Kainata buraxdığın mənfi enerji sənə ikiqat halda geri qayıdar.

9. Hamı səhv edə bilər və bütün səhvlər bağışlana bilər.

10. Pis düşüncələr insan zehnində, bədənində və ruhunda xəstəliklərin yaranmasına səbəb olar. Ona görə də həmişə pozitiv ol.

11. Təbiət bizim üçün deyil, o bizim bir hissəmizdir. Onlar sənin dünyəvi ailənin parçalarıdır.




12. Uşaqlar gələcəyimin toxumlarıdır. Onların ürəylərinə sevgi ək, müdriklik və həyatın dərsləri ilə sula. Onlar böyüyərkən, onlara böyümələri üçün yer burax.

13. Başqalarının qəlbini qırmaqdan qaç. Verdiyinin acının zəhəri sənə geri qayıdar.

14. Hər zaman ədalətli ol!

15. Özünü nizamda tut. Sənin Zehinsəl "Mən”in, Ruhsal "Mən”İn, Duyğusal "Mən”in və Bioloji "Mən”in həmişə güclü, saf və sağlam olmağa ehtiyac duyur. Zehnini gücləndirmək üçün bədənini işlət, duyğusal narahatlıqları sağaltmaq üçün ruhsallıqla böyü.

16. Kim olacağını və necə davranacağını müəyyən edərkən məntiqli qərarlar ver. Öz etdiklərinin məsuliyyətini üzərinə götür.

17. Başqalarının məhrəminə və şəxsi işlərinə qarşı hörmətli ol. Heçkimin şəxsi əşyasına toxunma – xüsusilə də müqəddər və dini əşyalarına. Bu qadağandır!

18. Birinci özünə qarşı dürüst ol! İlk olaraq özünü bəsləyib, özünə kömək etməsən, heçkimi bəsləyib ona kömək edə bilməyəcəksən.

19. Başqalarının dini inanclarına hörmətlə yanaş. Öz inancını başqalarına qəbul etdirməyə çalışma.

20. Gözəl talehini başqaları ilə də paylaş Xeyriyyə təşkilatlarına yardıme et, səxavətli ol!


Ulucay Akif