adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Dekabr 2019 09:46
29730
ŞOU-BİZNES
A- A+

Firuzə İbadovadan Orxana sürpriz jest

"Orxan mənə olan borcunu qaytarmadı. Mənə borclu olan o pulu İlhamə Quliyevanın sənətinə , Orxana halal etdim. Orxan uşaqdır, cavandır. Neyləyək, belə alındı. Eybi yoxdur. Dünya malı dünyada qalır. Halal xoşu olsun. Hər şeyin üstündən xətt çəkdim. Allah onun qapılarını üzünə açsın. Orxan da qaldı heç nəsiz. İlhamədən ona heç nə qalmadı. İlhamə onu övladlığa götürmüşdü. Heç olmasa ona nəsə verilməli idi”.

Adalet.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova deyib.

O, bir neçə il öncə mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova borc versə də, daha sonra qarşı tərəf aldığı yeddi min manat pulu geri qaytarmamışdı.

Qeyd edək ki, İ.Quliyevanın oğlu O.Nadirov bir neçə il əvvəl Firuzə İbadovadan qızını işə düzəltmək məqsədilə 7 min manat almış, sonradan iş alınmasa da, pulu da qaytarmayıb.

Əntiqə Rəşid