adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Dekabr 2019 10:36
8278
GÜNDƏM
A- A+

DSX aeroprtda 2 elektron qapı quraşdırıb - FOTO

Azərbaycan Prezidentinin "Azərbaycan Respublika­sında turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-cı il tarixli sərəncamına əsasən dövlət sər­hədindən hərəkət edən şəxslərin sənədlərinin daha operativ və surətlə rəsmiləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində yeni texnologiyaların tətbiqi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Adalet.az -a verilən məlumata görə, bu məqsədlə pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəl­mə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb.

Bir sıra inkişaf etmiş ölkələrinin dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq olunan qa­baqcıl texnologiyaların ən effektiv nümunələrindəndir.