adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Dekabr 2019 17:05
15920
HADİSƏ
A- A+

Səhiyyə Nazirliyi yanğında zəhərlənənlərlə bağlı məlumat yaydı - YENİLƏNİB

Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar dördnəfər tüstüdən zəhərlənib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə səkkizbriqada cəlb olunub.

Saat 16:05-ə olan məlumata görə səkkiznəfərə yerində yardım göstərilib, dördnəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Hazırda ərazidə iki təcili tibbi yardım briqadası var.

10:49

Səhiyyə Nazirliyi Bakı şəhərinin "EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş briqada cəlb olunub:

"Saat 10:45-ə olan məlumata görə altınəfərə yerində yardım göstərilib, iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib”.

10:02

Səhiyyə Nazirliyi Bakı şəhərinin "EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən bildirib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş təcili tibbi yardım briqadası cəlb olunub:

"Saat 09:50-yə olan məlumata görə ikinəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib”.