adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Dekabr 2019 09:00
11875
HADİSƏ
A- A+

Bakıda tikinti materialları bazarı yanır - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***
Bakı-Sumqayıt yolunda yerləşən "Eurohome” ticarət mərkəzində güclü yanğın başlayıb.

Adalet.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili tibbi yardım cəlb olunub.