Yaxın günlərinsöhbətidir, həmişə yanına ərklə , görüşünə böyük ürəklə getdiyim "Respublika” qəzetininbaş redaktoru, dəyərli alimimiz, yazıçı-tədqiqatçı Teymur Əhmədovun qapısınıdöydüm. Söhbət zamanı söz-sözü çəkdi və Şərqin ən böyük aydınlarından biri olanNəriman Nərimanovu xatırladıq. Birmənalı şəkildə deyim ki, Nəriman Nərimanov mənimüçün xalqımızın ədəbi-ictimai həyatında özəl yeri olan bir şəxsiyyət kimi çox dəyərlidi.Onun istər siyasi fəaliyyəti, istər bədii yaradıcılığı bu xalqın tarixindənxüsusi bir xətt kimi ötüb keçir. Bax, elə bu səbəbdən də mən Teymur müəllimin həyatfəaliyyətini geniş şəkildə araşdırdığını, məndən və bir çoxlarımızdan dahaartıq Nəriman Nərimanov haqqında bilgilərə malik olduğunu bilirəm. Ona görə də içimdə həmişə bir sual olub - görən Teymur müəllim bu böyük şəxsiyyəthaqqında hər hansı bir ədəbi-publisist əsər ortaya qoyubmu?
Bu sualı içimdənkeçirərkən ustadımız Teymur müəllim sanki ürəyimi oxudu və elə söhbət edə-edə dəmənə bir kitab bağışladı. Açığını deyim ki, kitabın üz qabığındakı şəkillər mənə,eləcə də Nəriman Nərimanovla maraqlanan hərkəsə tanış olduğundan söhbətin məhz bu ailədən ge əcəyini anladım. Ammaiçimdə bir tərəddüd qarışıq maraq hissi də var idi. Görəsən, niyə bu kitabınadı bir şəhid ailənin tarixçəsidir?
Bu yerdə deməyiözümə borc bilirəm ki, bu sualı Teymur müəllimə verməyə ərk etmədim. Yəni bir azsəbr göstərdim və kitabla birlikdə sualı da özümlə götürdüm. Otağıma gələn kimidərhal kitabı vərəqlədim. Və bir də gördüm ki, bu sənədli povesti oxuyub başaçıxmışam. Məhz Nəriman Nərimanovun aliə tarixçəsini mükəmməl, necə deyərlər, təfsilatıilə oxuyandan sonra müəllifə, yəni çox hörmətli Teymur Əhmədova haqqqazandırdım. Həqiqətən Nərimanovlar ailəsi şəhid olmuşdu.
Ailənin başçısı,yazıçı, ictima-siyasi xadim, həkim Nəriman Nərimanov öz əqidəsinin, məsləkininşəhidi idi. Onun bir şəxsiyyət kimi bütövlüyü,əqidəsi o qədər özünü təsdiq edib, özünü ucaltmışdı ki, hətta oktyabrinqilabının siyasi rəhbərliyində böyük nüfuz sahibi olan Orcanakidze Nəriman Nərimanovundəfn mərasimində etiraf etmişdi: "Nərimanov yoldaş azad olunmaqda olan Şərqinsimvoludur!”. Nərimanovun vəfatı ilə bağlı Trotski göndərdiyi teleqramdayazmışdı: "Şərq xalqlarının azadlıq mübarizəsinin şanlı rəhbəri yoldaş Nərimanov!”.Kalinin isə vurğulamışdı ki: "Nərimanovun şəxsində Qızıl Meydan Şərqxalqlarından ilk qurbanını qəbul edir”.
Bəli, məhzTeymur müəllimin böyük ürək və yazıçı məharətilə qələmə aldığı bu sənədlipovestdə Nəriman Nərimanovun həyat yoldaşı Gülsüm xanımın, oğlu Nəcəfin əzablı,məşəqqətli, amma ümid və inam dolu ömür yolu öz əksini tapıb. Əsəri oxuduqcaananın oğluna, oğulun anaya məktubları, Moskvada bir-birinə sığınıb ayaqdaduran bu iki insanın dözümü adamın içərisində bir qürur hissi oyadır. Buinsanların bizdən biri olduğuna sözün bütün mənalarında sevinirsən. Hətta həyatınıngənclik adlı dönəminin başlanğıcında,yəni24 yaşında qəhrəmancasına həlak olan Nəcəfə, bu dünyada oğlundan başqakimsəsi olmayan Gülsüm anaya həm içindəki kədərlə, həm də böyük sevgiylə baş əyməliolursan. Və hardasa Tanrının bu yazısına acıyırsan. Axı, Nəriman Nərimanov kimibir aydının Moskvadakı həyatı və onun öz əqidəsinin şəhidi olması, yeganəvarisinin 24 yaşında bir tank bölüyünün komandiri kimi 1943-cü ildə ağır döyüşlərzamanı haqqa qovuşması, gecə-gündüz işləyən, oxuyan, kimsəyə sığınmayan Gülsümananın həm həyat yoldaşının, həm oğlunun kitablarını, digər əşyalarını məktəblərə,uşaq bağçalarına, kimsəsizlər evlərinə hədiyyə etməsi, bütün qazancını kimsəsizuşaqlara xərcləməklə təsəlli tapması həm qəhrəmanlıqdı, həm də şəhidlik zirvəsidi.
Birmənalı şəkildə,bir oxucu olaraq bu "Bir şəhid ailənin tarixçəsi” kitabını oxuculara, eləcə dəmənə təqdim edən Teymur Əhmədova təşəkkürümü bildirirəm. Bəli, Nərimanovlar əqidənin,məsləkin, dözümün, mübarizənin şəhdiləridir. Bu şəhidlər millətimizin,tariximizin şərəfli səhifəsində öz yerlərini haqq ediblər. Əbədiyaşar və unudulmaz yerlərini!