adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Dekabr 2019 17:43
12817
HADİSƏ
A- A+

Hövsanda yolu keçən piyadanı maşın vurub öldürdü

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, dekabrın 7-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Kazımov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Sahib Ələkbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.