adalet.az header logo
  • Bakı 18°C
09 Dekabr 2019 17:03
53341
MARAQLI
A- A+

Qatil qadınların doğma “əl işləri”

Qadınlar Yaradanın ən zərif əsəridir. Anadırlar, bacıdırlar, qız övladıdırlar, həyat yoldaşıdırlar. Qadın, xüsusən, Azərbaycan qadınları ağlı-başı dünyanı dərk edəndən ölənə qədər təəssübkeş, qayğıkeş, cəfakeş kimi imicləri özündə birləşdirib. Kiminsə qızıdırsa, atasının, qardaşının, kiminləsə ailə qurursa ərinin, dünyaya gətirdiyi oğulun təəssübünü, zəhmətini, qayğısın çəkir. Yazılmamış qanunlar var. Bax, o qanunlara əsasən ölənə qədər onları qoruyur, yollarında ölümə getməyə hazır olur. Elə bil doğuluşdan boyunlarının borcu olub...

Amma bəzən bu zərif möcüzələr dönüb qatil də ola bilir. Elə ən çox sevdikləri atanın, qardaşın, həyat yoldaşının, oğulun qatili...Statistikada biz deyəni deyir:

-Ötən il sentyabrın 12-də yaşadıqları Qusar rayonunun Ləcət kəndində Alena Bağışova qardaşı Bağış Bağışovu qətlə yetirib.

-2017-ci il noyabrın 7-də Sabunçu rayonunda yaşayan Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. O, istintaqa ilkin ifadəsində özünü müdafiə etmək üçün ərinə zərbə endirdiyini deyib.

- Masallının Qəriblər kənd sakini, 1984-cü il təvəllüdlü Gülnarə İsmayıl qızı Əzizova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Azər Azadxan oğlu Ağayevi bıçaqla qətlə yetirib.

- Sabunçu Rayonun Ramana qəsəbəsində 1990-cı il təvəllüdlü Gülnar Mirzəyeva aralarında yaranan münaqişə zəminində əri 1984-cü il təvəllüdlü Şəmsi Babayevi bıçaqlayıb.

-Kəpəz rayon sakini 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova aralarında yaranan mübahisə zəminində oğlu-2005-ci il təvəllüdlü Elmir Telman oğlu Hüseynovu həyətyanı sahədə olan su quyusunda boğub-öldürüb. Və sair...

Bəşər övladı anlamaqda bəzər çətinlik çəkir. Qadın-ana, bacı, həyat yoldaşı, qız övladı öz doğmasını niyə, hansı səbəbdən qətlə yetirir? Ümumiyyətlə, qətl törətmək zərif məxluqların zəif olmadığının mütləq təsdiqidirmi? Tarixə nəzər salsaq, öz doğmalarına, eləcə də , hər kəsə qarşı "ölüm fərmanı” imzalayan qatil qadınların hərəkətləri anlaşılmayıb.Tarixdə iz salmış cinayətləri və qətilləri ilə tanınmış qadınlar haqda məlumatlara diqqətlə nəzər salın.. Siz necə düşünürsünüz, qadınlar niyə qatil olur?

Bu arada Adalet. az insanlıq tarixində ən qəddar və təhlükəli 12 qadını təqdim edir:



1. Darya Nikolayevna Saltikova (1730—1801)



Bu dünyanın ən qəddar qadını kimi tarixə düşən rus mülkədar qadınıdır.

Sadist və qatil qadın 139 kəndlisini öldürtdürüb. Öldürülənlərin çoxu qadınlar və qızlar olub.

Darya Nikolayevna Saltikova ölüm hökmü verilib, lakin edam monastr həbsxanası ilə dəyişdirilib.



2. Kraliça I Mariya (1516-1558)



İnglis kralı VIII Henrinin və onun birinci xanımının qızı. Atasının ölümündən sonra taxta çıxaraq özünü Kraliça və Anqlikan kilsəsinin (İngiltərədə protestant dininin bir qolu) başçısı elan edir.

Ölkədə restavrasiya dövrü protestantların qəddar edamı fonunda aparılır. Günahsız insan öldürülür, asılır və yandırılır. Xalq onu Qanlı Mariya adlandırırdı.



3. Mayra Hindli (1942-2002)



Silsilə qətllər törədən qadın killer xanım dostu İen Brayenlə "ingiltərəli Bonni və Klayd” adı almış Marya Hindli. Bir neçə il ərzində ikisi əl-ələ verərək 10-17 yaşlı 5 azyaşlı uşağı oğurlayıb, ölənə qədər işgəncə verərək öldürüblər.

Polis qurbanların cəsədlərini Mançestrin yaxınlığındakı bataqlıqda aşkar edirdi. Bonni və Klaydın öz cinayətlərini tarixə salmaq üçün yazdıqları audioyazılar bütün ölkəni dəhşətə gətirmişdi.

Ömürlük həbsə məhkum olan bu qatil qadınlar öz əməllərindən peşman olmadılar. Hökm elan olunan vaxt sakitcə oturub dondurma yeyərək məhkəmə iclasının sonunu gözləyirdi. Marya Hindli həbsxana xəstəxanasında ürək tutmasından ölüb.



4. İzabella Kastilskaya (1451-1504)



İzabella Kastilskaya və əri Ferdinand Araqonski İspaniyanın birləşməsində və güclü dövlət qurulmasında başlanğıc idilər. Kraliça həmçinin məşhur səyyah Kristofer Kolumbun himayədarı kimi tarixə düşür.

O, qeyri-katoliklərə qarşı münasibətində qəddarlığı ilə şöhrət qazanmışdı. Çılğın və əsl katolik qadın dini təmizləmələr epoxasını başlayır.

İzabel Kastilskayanın dövründə İspaniyanı yəhudi və ərəblərdən ibarət 200 minə yaxın insan tərk etmişdi. Qalanlar xaçpərəstliyi qəbul etməyə məcbur edirdilər. İzabellanın əmri ilə qeyri-xaçpərəstlərin tonqalda yandırılırdılar.

5. Beverli Eplit (1968)



İngiltərəli tibb bacısı 1991-ci ildə 4 körpə öldürmüşdü, daha beşini isə ciddi zədələmişdi.

O, uşaqların qanına küllü miqdarda insulin vuraraq onlarda ürəkağrısı yaradırdı.


6. Meri Enn Kotton (1832-1873)



Arsenat turşusu ilə 20-ə yaxın insanı zəhərləyərək öldürüb. Həyatı boyunca bir neçə ərini, uşaqlarını və hətta öz anasını öldürmüşdü.

O, öldüdüyü insanlara əzab verməyi sevirdi. Merinin qohumlarının, ətrafındakı insanların eyni dərddən ölməsi polisi şübhələndirir və qatil qadın həbs edilir.

Onun asılmasını yerinə yetirən cəllad, bilərəkdən kətili ayağının altından çəkməyi "unudur" və onun əzablarını uzadır.



7. Elza Kox (1906-1967)



”Buxenvald qarı”sı kimi məşhur olan bu xanım konslaqerin komendatının arvadı idi.

O, həbs olunanları qamçılayır, onlarla məzələnir, döyür və öldürürdü. Kox 1967-ci ildə türmədə özünə qəsd eləmişdi.



8. Ketrin Nayt (1956)



Avstraliyanın tarixində ömürlük həbsxana həyatına məhkum olunmuş ilk qadını...

2001-ci ilin oktyabrında ailə münaqişəsındə ərini öldürüb, bədənini hissələrə ayırıb, sonra isə ölmüş cəsədi təhqir etmişdi.


9. Yekaterina Mediçi (1519-1559)



Fransa tarixində ən qanlı bazar günlərindən birinin təşkilatçısı Kraliça Yekaterina Mediçi.

O, 14 yaşında Şahzadə II Henrik de Valyaya ərə gedib. Fransa tarixinin ən qəddar qadın hakimlərindən olan Yekaterina Mediçi katoliklərlə protestantlar arasında 24 avqust 1572-ci ildə törədilmiş qanlı "Valfolamey gecəsi"nin əsas təşəbbüskarıdır.


Əntiqə Rəşid