adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Dekabr 2019 16:27
7305
HADİSƏ
A- A+

İsmayıllıda maşın ağaca çırpıldı, 4 nəfər xəsarət aldı, biri xəstəxanada öldü

Dekabrın 7-də saat 23 radələrində İsmayıllı rayonunun Diyallı kəndi ərazisində kənd sakini İ.İsmayılov idarə etdiyi "Mercedes” markalı 50 CB 580 N-li avtomobili yolun kənarındakı ağaca vurub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ramal Abışov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.