adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
09 Dekabr 2019 16:20
29766
DÜNYA
A- A+

Rusiya bütün idman yarışlarından kənarlaşdırıldı

Beynəlxalq Anti-Dopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı dörd il müddətinə bütün idman yarışlarından kənarlaşdırıb.

Adalet.az-ın məlumatına görə, bu qadağa Olimpiya oyunları və dünya çempionatlarına da şamil edilir.

Bu müddət ərzində rusiyalı idmançılar və komandalar dünya miqyaslı yarışlarda, o cümlədən 2020-ci il Yay Olimpiya oyunlarında və 2022-ci il futbol üzrə dünya çempionatında iştirak edə bilməyəcək.

Bundan başqa, Rusiya ərazisində dünya çempionatlarının keçirilməsi də qadağan edilib.