adalet.az header logo
  • Bakı 6°C
13 Dekabr 2019 09:10
22381
GÜNDƏM
A- A+

ETİBAR ƏLİYEV, BİZDƏ NEÇƏ NÖV PENDİR VAR?

Təhsil eksperti Etibar müəllim ötənlərdə sosial şəbəkədə Şarl de Qolldan belə bir paylaşım edib: «246 növ pendiri olan ölkəni necə idarə etmək olar?»

Maraqlı sualdı. Görən, bizdə neçə növ pendir var: qoyun pendiri, keçi pendiri, mal pendiri, motal pendiri, basdırma pendir (çox adam bilməz basdırma pendir nədir. Onu bir qaba yığıb yetişmək üçün təxminən 50-60 santimetr dərinliyində torpağa basdırırlar…). Tərəkəmə olsam da qalanlarını tapa bilmədim. Deyə bilərlər ki, Beyləqan pendiri, Bərdə pendiri, Ağcabədi pendiri, Gəncə pendiri, nə bilim Daşkəsən pendiri və sair və ilaxır, bunlar o sıraya daxil edilmir. Çünki bunların hamısı yuxarıda dediklərimizə aiddi.

Amma Gəncə qaymağıyla Ağdam qaymağının dadını heç nə verməz. Ağdamda da Qiyaslı qaymağını.