Aqil ABBAS: «MƏN DƏ AĞAC ƏKDİM»

AQİL ABBAS
68259 | 2019-12-11 10:00

Mən hər ay imkanımolmayanda iki dəfə (söhbət vaxtimkanından gedir), olanda üç dəfə Qarabağa gedirəm. Özü də doğulduğum Ağcabədinin Bayatkəndində su içəndə, ya bir tikəçörək yeyəndə, ya da Seyid Heydər ağanınqəbrini ziyarət edəndə elə bilirəm təzədən doğulmuşam. Ötən həftərayona getdim. Sabirabaddan keçəndəyazdığımı oxudunuz, gəldim çıxdımtəbii ki, Ağcabədiyə. Birinci onu gördüm ki, Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli məmurlarından bir qrupu Ağcabədidədi və rayonda kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyən problemlərinhəlli ilə əlaqədar öz məsləhətləriniverirlər. Və eləcə də, həm də digər rayonlarabu problemlərlə bağlı səfər edəcəklər. Hətta mən gedəcəkləri rayonlarla bağlı məsləhətlər də verdim, çünki o ərazilərigözəl tanıyıram. Sözümonda yox.

Ağcabədidə ağacəkmə kampaniyasına qoşuldum.

Mən Qarabağa gedirəmsə Ağdama gedibo kəndləri gəzmirəmsə,onlarla bir stəkan çay içmirəmsə, axşam bir yerdə bir qismət çörək kəsmirəmsə özümü pis hiss edirəm.

Təbii ki, getdim Ağdama.Kəndləri gəzdim, camaatla görüşdüm, bir az da zarafatlaşdıq.Ordan Tərtərə getmək istəyirdim,çünki orda da bizim camaat yaşayır, onlarla da görüşmək istədim.Müstəqim müəllimə zəng etdim ki, gəlirəm Tərtərə. Ağdamın Şəhidlər Xiyabanından keçəndəgördüm ki, minlərlə adam, yüzlərlə maşın var. Mənonsuz da ordan keçəndə şəhidlərimizəehtiramımı bildirirəm.Maşını saxlatdırdım və düşdüm. Soruşdumki, nə olub. Dedilərağac əkirik. Qoşuldum onlara,artıq Tərtərə gedəsiolmadım. Müstəqim müəllimə də telefonaçdım ki, dostum, gələsi olmadım, Ağdamda ağac əkirlər,ordayam. O da bildirdi ki, biz dəağac əkirik.

Keçdim təpəyətərəf, ağac əkməyə. Gördüm rayon icrahakimiyyətinin başçısı Vaqif Həsənovda ordadı. Ağac əkdik, təbii ki, birini yox, lap ikisini əkdik.

Təvazökarlıqdan kənarolsa da bu Şəhidlər Xiyabanının layihəsini Ağdamıno zamankı icra başçısıNizami Sadıqova mənvermişdim. O da sağ olsun, şəhidlərin xatirəsinə gözəl bir xiyaban saldı.

O zaman xiyabanla üzbəüz meşədə kimsə bir yeməkxana tikdi. Çoxqəribədir ki, yeməkxananın adını da«Dolu» qoydu.

Ağacları əkəndən sonragəldik qurulmuş çadırda çayiçməyə. Rayonun fəalları dabu çadıra yığılmışdı. Gözəl bir söhbət oldu. «Şur» ansamblı gözəl də birproqramla çıxış elədi. Qarabağbülbülü, indi 65 yaşı var, Hüseyn müəllim elə oxudu ki, elə bildik Ağdamdayıq. İnşallah, olacağıq, azqalıb.

Ağdam, Qarabağın toy otağısan,

Bülbüllər oynayan gül yatağısan.

Neçə-neçə böyük imarətin var,

Musiqi diyarısan, öz şöhrətinvar.

Və ordan da yenidənqayıtdım Ağcabədiyə.

İlk dəfəydi ki, kəndimizdəki Seyid Heydər ağanın və atamın qəbirlərini də ziyarəteləmədim. Səbəbini də yazmıram.

TƏQVİM / ARXİV