Faiq QİSMƏTOĞLU: VUR ÇATLASIN, ÇAL OYNASIN!

FAİQ QİSMƏTOĞLU
54302 | 2019-12-11 08:23

Vallah, adam məəttəlqalır. Hansı özəl televiziya kanalına baxırsan vur çatlasın, çal oynasındı! Heçelə bil müharibə şəraitində yaşayan ölkədə deyilik. Fransız xalqı nə təhər kefeləyirsə, televiziyaların çalıb oynatmaqlarıyla biz də kef-damağın içindəyik.Çünki çalıb oynayanların altıda alımıyoxdu, beşdə də verimi! Və bu çalıb oynayan manıslar bir gündə iki-üç kanalı gəzməklə"toy tuturlar”. Yoxsa bir ətək pul verib özəl kanallara çıxmazlar. Pul da təbiiki, hər adamda yoxdu. Yəni hansı manısın ki, ayda 15-20 toyu olur, bax, pul daonlardadı. Sağlıqlarına qismət, kişinin uşaqları sənətə yox, toya işləyirlər də...

Yenə bumanısların şıltaqlığına birtəhər dözmək olur, amma son vaxtlar özəl televiziyakanallarında meyxana həm kanalları gəzən manısları üstələyib, həm xalqmusiqisini, həm də aşıq sənətini! Hansı kanalı çevirirsən, bir də görürsən buduey, beş-altı nəfər ağız-ağıza verib meyxana deyir. Camaatın, tamaşaçılarınzövqünü elə korlayıblar ki, az qala bir gün Azərbaycanda hamı meyxana demək istəyir.İş o yerə çatıb ki, meyxanaçılar olmayanda özlə televiziya kanalları bərkdarıxırlar. Və bu meyxanaçılar da ağızlarına nə gəldi oxuyurlar.

Ədəbi janrlar içərisindəmeyxana elə bir ciddi janr kimi qəbul olunmur. Kim nə deyir desin, lap mənigüllələsələr də deyəcəyəm; deyilən meyxanalarda nə poeziya var, nə ideya var, nədə fəlsəfi fikir, sabun köpüyü kimi bir şeydi, bir anlıq görünür, sonra daitir. Və bir anlıq görünən, itən, ilğım kimi yox olan bir şeyə niyə vurğunuq,bax, bunu başa düşə bilmirəm. İstəsəm mən də meyxana deyərəm. Bir-iki qafiyənitutub ritmi də tapmaqla çoxunu təəccübləndirmək olar. Amma vallah bu poeziya vəfəlsəfi fikir deyil.

Düzdü, istedadlımeyxanaçılar olub. Onlar meyxanadan çox bədahətən şeir deyiblər. Elə rəhmətlik Əlağa Vahid qəzəllərini və şeirlərinin çoxunubədahətən deyib, yanındakılar da onun dediklərini qələmə alıblar. Ancaq indikilərindediyinin 90 faizinin sənətə və poeziyaya dəxli yoxdu.



Bərviz Bülbüləmeyxanaçıdan daha çox müğənniyə bənzəyir. Özü də deyir ki, mən meyxanaçı-müğənniyəm.Qoy olsun! Ancaq biz istəsək də, istəməsək də kütlənin onlardan xoşu gəlir.Çünki kütlə onlar üçün lap ölür ey. Ona görə də toylara, şənliklərə dəvətalırlar. Amma sənət baxımından burda bir element belə tapmaq mümkün deyil. Bəsonda televiziyalara nə düşüb ki, xalq musiqisindən də, aşıq sənətindən də çoxmeyxanaya yer verirlər?! Elə tamaşaçıların da zövqünü korlayan özəl televiziyakanallarıdı. Təbii ki, bu kanallar meyxana deyən adamların qara gözünə, qaraqaşına aşiq deyillər. Daha doğrusu, televiziya kanalları efirlərdə tez-tezgörünən və dəstə halında meyxana deyən adamların pullarına və imkanlarınaaşıqdilər.

Bizi yandıranodur ki, özəl televiziya kanalları meyxanaya, toy müğənnilərinə və eləcə də araoxuyanlara hər gün saatlarla veriliş ayıra bilir, amma millətin maariflənməsi,savadlanması üçün bir proqram təşkil eləmir. Sanki hər şey bütün proqram vəsistem meyxanaçıların, manısların, aşbazların və həkimlərlə bağlı verilişlərinüzərində qurulub. Hansı kanalı açırsan, bayaq dediyimiz kimi, ya meyxanaçıgörürsən, ya həkim məsləhəti eşidirsən, ya da toy müğənnilərinin fonoqramasınabaxırsan. Bilmirsən nə oxuyurlar, nə danışırlar!..

İstedadlı müğənnilərvar ki, sənətin dalınca yox, toyun dalınca gedirlər. Allaha and olsun, əgəronlar sənətin dalınca getsəydilər, çox böyük müğənni, xanəndə, bir sözlə, Azərbaycanmusiqisinə xeyir verən sənətkarlar ola bilərdilər. Baloğlan Əşrəfov və ManafAğayev çox istedadlı müğənnilərdi və hər ikisiylə də tanışlığım var. HəttaManaf Ağayev mənin qardaşım Elxanla çox yaxın dostdu. Onun kişiliyinə,etibarına, səmimiliyinə və mərdliyinə söz ola bilməz. Hər iki müğənninin çoxşirin və gözəl ifaları var və kütlə də onları çox istəyir. Elə mənim özümün dəhər iki müğənniyə böyük hörmətim var. Amma onlar sənətdən çox toya işləyirlər.Allah canlarını sağ eləsin! Amma istəsəydilər, Azərbaycan musiqi sənətində çoxböyük yer tuta bilərdilər. Manaf Ağayev heç vaxt musiqi tarixində "Ay canıyanmış”la və digər mahnılarla qala bilməyəcək. Ancaq onun bir gözəl mahnısınıda yada salmamaq günahdı. Manaf Ağayev vətənpərvərlik mövzusunda olan "Ay vətənoğlu” mahnısını elə oxuyur ki, adamın tükləri biz-biz olur. Xüsusən də bu ifanımən toyların birində Nizami Abdullayevlə 20 il bundan qabaq oxuyanda görmüşəm.Bu ifanı eşidən hər bir vətən oğlu indiki şəraitdə sakit dura bilməz, əlinəsilah alıb vətəni qorumağa gedər. Bu gözəl ifalardan sonra çox təəssüf ki,Manafın o qədər də ömrü olmayan toy mahnılarını eşidirik. Amma onun istedadı vəsəsi var ki, gözəl xalq mahnıları, bəstəkar mahnıları ifa etsin, onu yazdırıbtarixə saldırsın. Çox təəssüf ki, istedadlı müğənni belə bir işin arxasınca getməyə bir o qədər dəhəvəs göstərmir.

Bizimmusiqimizin gözdən salınmasında əsas rolu özəl televiziya kanalları oynayır. Məsələn,aşbaz Niyam Salamini televiziyalar elə təqdimedir ki, sanki Qədir Rüstəmovdu, Süleyman Abdullayevdi, Cabir Abdullayevdi, Mənsumİbrahimovdu. Biz demirik Niyam Salaminin istedadı yoxdu, sevənləri yoxdu.Tamaşaçı var ki, onun üçün sinov gedir. Çünki özəl televiziya kanallarıtamaşaçıların zövqünü bayağı musiqilər və "bezdarnı” teleseriallarla çoxdankorlayıb. Və heç kimə də demək olmaz ki, sən Qədir Rüstəmova qulaq as, sən dəNiyam Salamiyə! Ən azından ona görə ki, hərənin öz zövqü var.

Deyirlər ki,gitara, qarmon, klarnet Avropa musiqisidir. Amma gitaranı Azərbaycanda Rəmiş,Nofəl, Rəhman və Elman avropalıdan min dəfə yaxşı çalır. Qarmonu Aftandilİsrafilov avropalıdan min dəfə gözəl ifa edib. Kamançanı rəhmətlik Habil Əliyevtəpədən dırnağa Azərbaycan musiqi aləti elədi, tarı Əhsən Dadaşov, RamizQuliyev və başqaları bu xalqın musiqi alətinə çevirdi. Hansı xalq ki, musiqi alətinibaşqalarından gözəl çalır, yaxşı ifa edir, elə o musiqi aləti də o xalqa məxsusdu.Avropalı ha özünü cırıb dağıtsın ki, gitara mənimdi, Elman, Rəhman, Nofəlgitaranı çalanda adamın yeddi arxa dönəni yadına düşür...

Bizim cəmiyyətdənə qədər desən musiqi sahəsində istedadlı adamlar var. Ancaq istedadlıadamların çoxunun pulu-parası olmadığına görə, reklamı da yoxdu. Bizim millət dəreklamı çox xoşlayır axı! Hansı müğənni ki, hər gün efirlərdədi, baha qiymətəgetsələr də, onları toylara aparırlar.Allaha and olsun, bizim kənddə - Bəhmənlidə Məmmədhəsən Bəhmənlinin gözəl biransamblı var. Səhər saat 10-dan gecə saat 2-yə qədər çalıb oxuyurlar, onlara cəmi300-400 manat pul verirlər. Amma gündə reklam olunan müğənni görüm çox yox, 4saat canlı oxuya bilər, ya yox?!

Ona görə dəcamaat özlə televiziya kanallarının reklamına aldanmamalı, səsi və istedadıolan musiqiçiləri toylarına dəvət eləməlidilər. Çünki onların həm sənətlərivar, həm də toy aparmaq qabiliyyətləri. Başqa sözlə demiş olsaq, fonoqramma iləcamaatın başını aldatmırlar. Biz sözümüzü dedik. Tay bundan sonrası sizəqalır...


TƏQVİM / ARXİV