adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Dekabr 2019 13:06
13262
HADİSƏ
A- A+

DİN-dən Bakıda ögey ananın azyaşlılara işgəncə verməsi məsələsinə - RƏSMİ REAKSİYA

Daxili İşlər Nazirliyi Azərbaycanda iki azyaşlı uşağın valideynləri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, Ağcabədi sakini olan Tərgül İbrahimova DİN-in "102” zəng xidməti mərkəzinə müraciət edərək, mərhum bacısının paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan azyaşlı övladları Hüseyn və Qulunun ataları Xəqani Əkbərov və ögey anaları Nuranə Əkbərova tərəfindən işgəncələrə məruz qaldığını bildirib:

"Daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılıb. Tərəflərin izahatları alınıb. Hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

Məhkəmə-tibb ekspertizasının rəylərində azyaşlıların müxtəlif vaxtlarda bədənlərinin bir sıra nahiyələrindən aldıqları xəsarətlərin sağlamlığa az ağır və yüngül zərər vurmaya aid olduğu müəyyən edilib”.

"Xəqani Əkbərov və Nuranə Əkbərovanın birlikdə himayələrində olan iki azyaşlıya mütəmadi olaraq əzab verməklə xəsarət yetirmələri faktı üzrə toplanmış material cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib”, - deyə DİN rəsmisi qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə N.Əkbərovanın ögey övladlarına işgəncə verməsinə dair məlumatlar yayılıb.