BAXCP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, iclasda partiyanın 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı məsələ müzakirə olunub.
Aparılan müzakirələr nəticəsində BAXCP-nin Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edilib.
BAXCP 30 seçki dairəsi üzrə namizəd irəli sürəcək.
Yaxın günlərdə BAXCP tərəfindən müvafiq dairələr üzrə deputatlığa namizədliyi irəli sürülən şəxslər haqqında kütləvi informasiya vasitələrinə ətraflı məlumat veriləcək.
Digər Xəbərlər
23 Aprel 2024 20:33
Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
23 Aprel 2024 19:46Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm - Metyu Brayza
23 Aprel 2024 19:29"Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar" - Prezident
23 Aprel 2024 18:43İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı
23 Aprel 2024 18:23