adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Dekabr 2019 11:37
6484
HADİSƏ
A- A+

Xırdalanda evdə partlayış - 1 nəfər xəsarət alıb

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az -a verilən məlumata görə, yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.