adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2019 08:25
38903
ŞOU-BİZNES
A- A+

Təkcə sənin yerin əskik idi...

Avropalı pop ulduz Azərbaycanda deputat olmaq istəyi gülüş və qıcıq yaradıb. Adalet .az xəbər verir ki, Papito” mahnısı ilə nəinki Avropada, eləcə də Azərbaycanda məşhurlaşan əslən rumıniyalı müğənni Seya paylaşımı ilə diqqət çəkib.

Tez-tez Bakıya gələn müğənni Milli Məclisin önündə foto çəkdirib və azərbaycanlıların əksəriyyətinin gülüş və hiddətinə səbəb olacaq paylaşım edib. Şəxsi "İnstagram” hesabında yayımlayan pop ulduz paylaşımına ingilis dilində: "Mən yeni Azərbaycan Parlamentinə daxil olmaq istəyirəm. Siz necə düşünürsüz?” sözlərini yazıb.



Belə paylaşıma etiraz edən vətəndaşlar bu paylaşımla rəsmi orqanın ələ salındığnı düşünüb etiraz ediblər.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Növbədənkanar seçkilərdə üzvlərin gəncləşəcəyi ilə bağlı müxtəlif məlumatlar dərc olunub.

Əntiqə Rəşid