adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Dekabr 2019 10:00
17018
HADİSƏ
A- A+

Aeroport yolunda zəncirvari qəza - 3 avtomobilə görə yol tıxandı

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Aeroport yolunda üzü Mərdəkan istiqamətində qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib. "Jeep", "Opel" və "Saipa" markalı avtomobillər arasında baş verən zəncirvari qəzada xəsarət alanın olduğu da deyilir.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Adıçəkilən ərazidə avtomobillər arasında sıxlıq müşahidə olunur.