adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Dekabr 2019 17:35
30837
SİYASƏT
A- A+

Məzahir Pənahov: “MSK seçki prosesinə sabah start verəcək” - VİDEO

"Mərkəzi Seçki Komissiyası (MSK) debakrın 7-dən növbədənkənar parlament seçkisi prosesinə start verəcək”.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Televiziyasına açıqlamasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O, sabahkı iclasın gündəliyini açıqlayıb: "Sabahkı iclasda komissiyaların fəaliyyətə başlaması rəsmiləşdiriləcək, təqvim planı təsdiqlənəcək. Bundan başqa, müraciətlərə baxılması üçün işçi qruplar yaradılacaq. Ondan sonra ehtiyac olarsa, hər gün iclas edəcəyik”.