adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Dekabr 2019 16:12
16068
GÜNDƏM
A- A+

Aeroport ərazisində 4 mindən artıq ağac əkilib

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları ağacəkmə aksiyası keçirib.

AZAL-dan verilən məlumata görə, aksiya zamanı Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisinin təmizlənmiş 10 hektar sahəsində 4 mindən artıq ağac əkilib.