adalet.az header logo
  • Bakı 19°C
06 Dekabr 2019 17:27
18623
GÜNDƏM
A- A+

Nüsrət Həbiblə döyüşmək istəyir

Məşhur türk aşpaz Nüsrət Gökçə qüvvəsini qaydasız döyüşdə də sınamaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Nüsrət Həbib Nurməhəmmədovla döyüşməyə hazır olduğunu bildirib. O, Konor Makreqorla da üz-üzə gəlmək istəyir:

"Makreqor və ya Həbib, mənim üçün fərqi yoxdur. Mən hazıram. Onların hər ikisinə böyük hörmətim var. Əgər onlardan hər hansı bir məni nə vaxtsa çağırsa, döyüşməyə hazıram”.

Həbib gələn ilin aprel ayında Toni Feryusonla, Makreqor isə yanvarda Donald Serrone ilə döyüşəcək.