adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Dekabr 2019 15:51
16372
GÜNDƏM
A- A+

ADRA ağacəkmə aksiyasına qoşulub

Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkədə genişmiqyaslı ağacəkmə aksiyası baş tutub.

Dövlət Reklam Agentliyindən (ADRA) verilən məlumata görə, aksiyaya bir sıra dövlət qurumları ilə yanaşı Agentlik də qoşulub. Ağaclar Abşeron rayonu ərazisində xüsusi ayrılan zonada əkilib. Agentlik nümayəndələrindən ibarət qrup ADRA üçün ayrılan yerdə ağaclar əkməklə ictimaiyyətin diqqətini yaşıllıqların artırılmasına, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına yardımçı olmaq, atmosferi oksigenlə zənginləşdirməyə yönəldib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il "Nəsimi ili” elan olunub. Bu aksiya da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində baş tutub.