... Mövzularımınçoxunu elə təsadüfən tapıram. Bu şənbəyə də başqa köşə yazısı yazacaqdım, həttabir həftə qabaq bu yazının sərlövhəsi də vardı. Ancaq neyləyim ki, təzə mövzu sərlövhəsinitapdığım yazını qabaqladı. Belə ki, "Azərbaycan” nəşriyyatının birinci mərtəbəsindəkiçayxanasında tez-tez istedadlı və tanınmış jurnalistlərlə süfrə arxasında maraqlısöhbətlərimiz olur...
... Belə söhbətlərinbiri də bugünlər çay süfrəsi arxasında oldu. Həmişə olduğu kimi çay süfrəsininarxasında Adil Cəmil, Allahverdi Eminov, Rafiq Hacıyev, Vaqif İsaqoğlu və SabirHüseynov əyləşmişdilər. Söhbət qəzetçilikdən və məsul katiblikdən düşdü. Bumövzu bizi tələbəlik illərinə - rəhmətlik Əliş Nəbilinin "Qəzet tərtibi” fənniniyadımıza saldı. Elə söhbətdən də mövzu yarandı. Süfrə arxasında müxtəlif fikirlərhaçalandı, axırda gəlib bir yerdə birləşdi. Yəni bizim bugünkü mətbuatımızınçox ağrılı yeri olan məsul katiblikdən...
Sirr deyil ki,bu gün mətbuatımızda rəsmi qəzetlər istisna olunmaqla, digər qəzetlərdə məsulkatib anlamı unudulub. Daha doğrusu, unudulmayıb, bu işi müasir texnologiya əsasındadizaynerlər gerçəkləşdirirlər. Qəzetlərə baxanda görürsən ki, çox şey yerindədeyil. Yəni eyni şriftdən, eyni sütunlardan o qədər istifadə olunur ki, adam ənyaxşı çıxmış qəzetə baxanda gözü yorulur. Başqa sözlə demiş olsaq, yazılarınoxuculara təqdimatı çox bəsit və primitiv formada olur. Qəzetə baxırsan, eləbil ki, boz səhraya bənzəyir. Hələ biz yazıların janr rəngarəngliyini,materialların hansı səhifədə gəldi yerləşdirilməsini demirik.
Bir də görürsənki, mədəniyyət yazısını ikinci səhifəyə veriblər, yaxud üçüncü səhifədə yerləşdiriblər,siyasi mövzuda olan məqaləni isə dördüncü, beşinci səhifəyə atıblar. Təbii ki,bu qüsurları adi oxucu görə bilməz. Çünki bu çatışmazlıqları və qüsurları ənçox peşəkarlar görür və bilirlər. Elə süfrə arxasında əyləşən dostlarımız da məndənxahiş etdilər ki, bu mövzuda yazı qələmə alım.
Təbii ki,onların, daha doğrusu, qələm dostlarımın sözünü yerə sala bilıməzdim və yerəsalsaydım böyük günah eləmiş olardım, üzlərinə baxa bilməzdim. Yazını məsul katib, yaxud dizayner elə təqdimeləyə bilər ki, onu həm oxuyarlar, həm də oxumazlar. Yəni hər hansı məqaləni qəzetsəhifəsində yerləşdirərkən rəngarəngliyə, şriftlərin gözəlliyinə, eləcə də digərtələblərə əməl edəndə onu hamı əl-əl oxuyacaq. Amma elə ki, gözəl bir yazını"sapoq” formasında, yaxud da qəzetin bir küncündə solğun şriftlə verirsənsə, çətinki, onu oxuyam tapıla.
Təkcə qəzetişində deyil, televiziya və radio verilişlərində də ssenarini, süjeti, mətnioxuyan diktordan çox şey asılıdı. Məsələn, zəif bir materialı səsi və təcrübəsiolan diktor elə oxuyar ki, ona hamı qulaq asar. Yaxud da bədii cəhətdən yüksəksəviyyədə olan materialı efirdə diktorelə səsləndirər ki, ona heç kəs qulaq asmaz, assa da candərdi, canharayıasar. Məsələn, böyük ustad sənətkarlar Səməndər Rzayev, Məhluqə Sadıqova, RozaTağıyeva, Eldost Bayramov hər hansı mətni elə oxuyurdu ki, elə bil onların səsindənbal damırdı. Rəhmətlik Səməndər Rzayev və Məhluqə Sadıqovanın radiodakı "Bulaq”verilişini necə aparmaları bu gün də qulağımızda səslənir. Çünki o səslər adi səsdeyil, qızıl səs idi. Çünki o səslər "ölü” və "quru” yazıları da dirildirdi...
İndi qayıdaq qəzetlərimzidəkiməsul katib anlamına. Və məsul katib həm çox böyük məsuliyyət deməkdi. Sovetdönəmində məsul katibi qəzetin "görən gözü” adlandırırdılar. Çünki bütünmateriallar məsul katibliyə gəlir, orda bir daha oxunur, redaktə olunur vəbundan sonra qəzet səhifəsində yerləşdirilirdi. Təbii ki, qəzetin tərtibatındabir əyər-əskik və qüsur olsaydı, bax,onda "letuçkada” redaktor məsul katibinin yaxasından yapışardı. Xüsusən dəmaterialların və şəkillərin yerləşdirilməsindəkisistemlik pozulardısa, aləm bir-birinə dəyərdi.
Bugünkü qəzetbolluğunda janrların itməsi bir yana qalsın, materialların qəzet səhiflərindəyerləşdirilməsində çox böyük qüsurlar var. Ən populyar qəzetlərdə belə yazılarnecə gəldi yerləşdirilir, boz və ağ şriftlərdən istifadə edilir. Hələ biz onudemirik ki, sərlövhələrin uzunluğu Xalaoğlu Tərxanın sözü olmasın, bir kilometrəçatır. Boz və səhraya bənzər qəzeti vərəqləyəndə adamın gözü yorulur, ən yüksəkbədii dəyəri olan materialı oxumaqdan belə vaz keçirsən...
Əgər dizayner məsulkatiblik eləyirsə, bədii tərtibatı elə verməlidir ki, oxucunu yormasın. Yənidizaynerin də öz fəlsəfəsi, öz sistemi, öz dəsti-xətti olmalıdır. Heç uzağa getməyək, gözümüzünqabağında "Ədalət”in dizaynerinin işinə baxmaq bəs eləyir. Və bu gün Şamxal ŞəbiyevSovet dövründəki məsul katiblərdən heç də geri qalmır. O həm dizaynerlik edir,həm məsul katiblik edir, həm korrektor olur, həm də redaktor. Heç kimin xətrinədəyməsin, hamımızın gözündən qaçan səhvi Şamxal Şəbiyev düzəldir. Hansı ki,bunların heç biri Şamxalın vəzifəsi deyil. Amma o, təpədən-dırnağa istedadlı,yaradıcı və öz dəsti-xətti olan bir gəncdi. Bəzən elə olur ki, yazımızı oxumağıda ondan xahiş edirik. Qırx ilinjurnalisti olsam da, gözümdən qaçan səhvləri o tapıb düzəldir. Bax, belə savadlı dizaynerlərdə var. Amma nə etmək olar ki, Şamxal Şəbiyev kimi dizayner barmaqla sayılır.
Biz universitetdəjurnalistika fakültəsində oxuyanda bayaq dediyimiz kimi, rəhmətlik Əliş Nəbili"Qəzet tərtinibdən” dərs deyirdi. Özü də rəhmətlik o qədər təmiz, o qədərvicdanlı ziyalı idi ki, dünya malında gözü olmazdı. Ancaq bizə də güzəşt eləməzdi.Deyərdi ki, qəzet tərtibini bilsəniz, məsul katib də işləyə bilərsiniz, məsulkatibin köməkçisi də. Yaxşı yazırsınız, olsun! Qəzet tərtibini bilmək ikiqatjurnalist olmaq deməkdir.
Sovet dönəmindəçox istedadlı məsul katiblər olub. "Kommunist”, "Bakinski raboçiy”, "Azərbaycangəncləri”, "Sovet kəndi” qəzetlərini oxuculara sevdirən istedadlı məsul katiblərolub. Məsələn, Şakir Yaqubovun maket işini hər jurnalist bacarmazdı. Amma onunyetirməsi kimi istedadlı jurnalist Rafiq Hacıyev sözün həqiqi mənasında məsulkatiblik sahəsində öz sözünü demiş və möhürünü vurmuş yazarlardandı. Onun haqqında Şakir Yaqubov və Vaqif Bəhmənliyazır ki, "Rafiq Hacıyev sistemli və dəsti-xətti görünən məsul katiblərdəndi.Onun məsul katibliyində bir fəlsəfi sistem var. Və bu sistem hansı qəzetdəolubsa, o dəqiqə oxucular tərəfindən sevilib”. Həqiqətən də "Kommunist” qəzetindədə, "Odlar yurdunda” da və eləcə də "Sovet kəndi”ndə də Rafiq Hacıyevin məsul katib təxəyyülü vəistedadı özünü göstərib. Çox təəssüf ki, bu istedadlı jurnalist bu günişsizdir, onun istedadından istifadə etmirlər. Bax, bunu başa düşmək olmur.
Mövzuyla bağlıbir çox tanınmış və istedadlı jurnalistlərin də fikirlərini və düşüncələriniöyrəndik. Belə bir nəticəyə gəldik ki, qəzetlərdə işləyən hər dizaynerə məsulkatib demək olmaz. Elə onlara dizayner demək mümkündür. Əksər qəzetlərimiz isəbu gün tərtibat ucbatından boz və solğun çıxır, ən yaxşı və maraqlı yazılarıbelə adam oxumaq istəmir. Çünki yazının əvvəlində dediyimiz kimi, təqdimatdan hərşey asılıdır. Elə "ölü” yazını təqdim edərsən, hamı oxuyar, elə "diri” yazınıda verərsən heç kim oxumaz. Bax, burda günahı müəllifdə yox, birmənalı olaraq oyazını təqdim edən dizaynerdə axtarmaq lazımdır. İkincisi də o dizaynerinnöqsanlarına göz yuman redaktor qınanmalıdır.
Məsul katib gözəlrəssamlıq qabiliyyətinə, bədii təxəyyülə və ən nəhayət, dərin savada malikolmalıdır. Çox təəssüf ki, bu gün Azərbaycan mətbuatında bu elementlərə bizaz-az rast gəlirik və daha çox boz səhifələri görürük. Boz səhifələr isə boz səhrayabənzəyir, susuzluqdan quruyan yaşıllıq kimi oxucuları da o qəzetdən uzaqlaşdırır.Gəlin, qəzetlərimizi boz səhifələrdən və boz səhralardan xilas edək. İstedadlı,peşəkar və savadlı məsul katiblər axtaraq və onları yerinə qaytaraq...