adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Dekabr 2019 13:49
71938
ŞOU-BİZNES
A- A+

“Bozbash pictures”in “Fəlakət”i boşanıbmı? –Açıqlama

Çəkildiyi filmlərdə"Fəlakət” obrazı ilə ürəklərdə taxt quran aktyor Elşən Orucovun son günlər boşandığı deyilir və bu xəbər onun narahat edir.

Adalet.az xəbər verir ki, sevilən aktyor E. Orucov haqqında yayılan dedi-qodulara aydınlıq gətirib. Hamımızın "Bozbash pictures”in "Fəlakət”i kimi tanıdığımız gənc aktyor müsahibələrinin birində ayrılmadığını dilə gətirib:” Şəxsi həyatımda hər şey yaxşıdır və həmişə belə olub. Niyə haqqımda bu haqda xəbər yayılır, bilmirəm. İstəməzdim nəinki mənim hətta başqa insanlar haqqında da şayiə yaysınlar. Əlbəttə, həyat yoldaşımdan ayrılmağım yalan məlumatdır. İnsanlar kiminsə şəxsi həyatını müzakirə edəndə ilk öncə özlərinə baxsınlar”.

Qeyd edək ki, çəkildiyi filmlərdə"Fəlakət” obrazı ilə yadda qalan Elşən bu ilin mart ayında İTV-in xanım əməkdaşı ilə ailə həyatı qurmuşdu.


Əntiqə Rəşid