Hüquqlarımızı qoruyan Vəzifəli Kişi - Ulucay Akif yazır

26818 | 2019-12-06 13:48

Yaradılmış bütün vəzifələr, ünvanlar müəyyənproblemlərin və məsələlərin həlli üçün nəzərdə tutulur.

Məsələn, nazirlər, millət vəkilləri, dövlətqurumları, qurumların mətbuat xidmətləri, katibələr...

Hamısını başa düşürəm, lap katibələri də, amma tək başadüşmədiyim vəzifə var, o da Ombudsmandır.

**

İlkolaraq biraz bu vəzifənin nə vaxt, necə və nə üçün yarandığını, dünya təcrübəsindənə işə yaradığından danışım.

Ombudsmanvəzifəsi ilk dəfə 1809-cu ildə İsveçdə yaradılıb. Uzun müddət heç bir ölkədə tətbiqolunmasa da, təxminən bir əsrdən də çox zaman keçdikdən sonra bir sıra ŞimaliAvropa ölkəsi də öz idarəetməsində bu vəzifəyə ehtiyac duydu.

1919-cuildə Finlandiya, 1952-də Norveç, bir ilsonra isə Danimarka İsveç modeli əsasında obmudsman vəzifəsini yaratdı.

Ombudsmanvəzifəsinin təsis edildiyi ilk qeyri-Avropa ölkəsi Yeni Zellandiya (1962), ilk sosialistik respublika isə Polşa(1987) oldu.

Hal-hazırdadünyanın 100-ə yaxın ölkəsində bu vəzifə mövcuddur.

**

Ombudsmansözü öz kökünü qədim skandinav dilindən alır. "Umbod” - səlahiyyətli, vəzifəli."Man” isə "kişi” deməkdir. Yəni "səlahiyyətli kişi”, "vəzifəli kişi”. Vəzifəninadı da bizimkilər demiş çox dambatdı. OMBUDSMAN! VƏZİFƏLİ KİŞİ!

O dəqiqə hiss olunur ki çox əhəmiyyətli vəzifədi.Skandinav dilində belə çox sanballı səslənir.

**

Bizdə isə hələki bu vəzifəyə sadəcə iki xanıma təyinolunub. Gərək özümüz üçün bu vəzifənin Azərbaycan modelini yaradaq –OmbudsWoman (Vəzifəli Qadın)

BəsOmbudsmanın işi, vəzifəsi nədir?

Bizdə buvəzifə 2002-ci ildə yaradılıb və ilk yaradıldığından düz 15 il ElmiraSüleymanova bu vəzifənin icraçısı olub. Elmira Süleymanovanın ombudsman kimi səlahiyyətmüddətinin 2017-ci ildə bitməsinə baxmayaraq, bu günədək yeni ombudsman seçilməmişdi,yəni Elmira xanım 2 il əlavə bu vəzifəyə yeni bir nəfər tapılana kimi bu səlahiyyətləriözündə saxlayırdı.

Hansı səlahiyyət?

OmbudmsanParlament tərəfindən insan hüquq vəazadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarınındaşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyatakeçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyişdirmək hüququolmayan, etibarlı və layiqli vəzifəli şəxsdir (əgər aydın olmasa, dərindən nəfəsalıb bir də oxuyarsınız).

Vəzifəlişəxslər üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onların qəbuletdiyi heç bir qərarı dəyişdirmək hüququ olmayan, ETİBARlı və layiqli şəxs.Tamamilə nonsens!

Nə isə...

BütünAvropa (həmçinin digər demokratik ölkələrdə) ölkələrində bu şəxs əhalinin dövlətinnəzarətində olan sahələrdə şikayətinə baxan bir şəxs kimi başa düşülür.Ombudsman Avropa Birliyi ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərinhaqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması halında qorumaqla vəzifələndirilmişyoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır.

Yəni ki...

Ombudsmanın vəzifəsi icraedici hakimiyyətin, vəzifəlişəxslərin fəaliyyəti zamanı vətəndaşların, əhalinin haqq və hüquqlarınıqorumaqdır. Çox gözəl səslənir!

**

Yadımadüşür, təxminən 10-15 il qabaq, mən uşaq olanda, televiziyada xəbərlərdətez-tez "Ombudsman Elmira Süleymanova...” ilə başlayan xəbərlər eşidirdim. Birara elə düşünməyə başlamışdım ki, bu 3 söz biri-birindən ayrı, başqa cümlələrdəistifadə oluna bilməz.

Əslində bizdəbu cür ayrılmaz söz birləşmələri (vəzifə + ad, soyad) çoxdur.

Hə...Sonra yavaş-yavaş bu ad və vəzifənin xəbərlərdə daha az hallanmağa başladığınınfərqinə vardım. Bilmirəm, insan hüquqları ikinci, ya üçüncü, ya sonuncu planakeçdi deyəmi, yoxsa heç kimin haqq və hüquqları pozulmadı deyəmi...

**

Belə birvəzifənin olduğunu tam unutmağa başlamışdıq ki, Konstitusiya MəhkəməsininAparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçildi.

Nə deyək?

Xeyirli-uğurlu olsun!

Ümid edirik ki, Səbinə xanım bu məmləkətinadamlarının hüquqlarının tapdalanmamasına çalışar... 

Ən azından, heç olmasabunu istəyər!



Ulucay Akif


TƏQVİM / ARXİV