Altun: “Türkiyənin sərhədləri NATO-nun sərhədləridir”
Adalet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Londonda təşkil edilən NATO Zirvəsindən sonra "twitter” səhifəsində qeyd edib.
F.Altun həmçinin bildirib ki, birdən çox beynəlxalq terror qrupu tərəfindən qarşı-qarşıya olduğumuz təhdidlər NATO-ya qarşı da təhdid hesab edilməlidir: "Bir terror təşkilatının tanınması kimi sadə bir məsələdə eyni tərəfdə olmalıyıq. Bəzi müttəfiqlərimiz uşaqlara silah verən, etnik təmizləmə həyata keçirən, sivilləri yurdlarını tərk etməyə məcbur edən bir terror təşkilatına dəstək verərək onun təbliğatını aparıb və legitimləşdirib.”
Fəxrəddin Altun qeyd edib ki, PKK/YPG olduğu kimi, yəni cinayətkar bir terror təşkilatı, regional və beynəlxalq təhlükəsizlik üçün bir təhdid kimi qəbul edilməlidir: "Sülh Çeşməsi əməliyyatımız nəticəsində 400 minə yaxın suriyalı ölkəsinə qayıdıb. Hərbi əməliyyatlarımız təkcə terrorla mübarizə məqsədi daşımır, eyni zamanda suriyalıların təhlükəsiz bir şəkildə geri qayıtması üçün şərait yaradır və bölgədə təhlükəsizliyi təmin edir”, - deyə bildirib.
Digər Xəbərlər
20 Aprel 2024 17:33
Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA
20 Aprel 2024 16:44Türkiyə XİN-dən Qazaxın 4 kəndi ilə bağlı BƏYANAT
20 Aprel 2024 12:01ABŞ-də ilk: Bayden istehsal olunan uranın miqdarını AÇIQLADI
20 Aprel 2024 10:43Türkiyədə bir gün əvvəl baş verən zəlzələ iri çat yaratdı: Qorxulu görüntülər - VİDEO
20 Aprel 2024 09:37