adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Dekabr 2019 12:49
40056
ŞOU-BİZNES
A- A+

Rəqsanədən jurnalist Ülviyyə ismarıc: "Ərə get, sakitləş, amma…"

"Biriləri uzun illərdir mətbuatda yoxdu, fəaliyyət sıfır, bilmir özünü necə gündəmə gətirsin. Yaddan çıxmısan, bilirəm. Amma mən sehirbaz deyiləm, səni heç mən də gündəmə gətirə bilmərəm. Vaxtında səni alan olsaydı, Aysun boyda qızın vardı. Özünü uşağımla reklam edirsən. Birdə ki, Azərbaycanda o qədər peşəkar, savadlı media nümayəndələrimiz var ki, şükür Allaha ehtiyacımız olanda işimizi həvalə edə bilirik. Mən halal, əziyyətlə pul qazanıram, amma kimlərsə havayı pul almaq istəyirdi”.

Adalet.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova jurnalist Ülviyyə Alovlunun onun və qızı Aysun İsmayılovanın haqqında dediyi sözləri münasibət bildirərkən deyib. Sənətçi sözlərinə davam edərək vurğulayıb ki, bəziləri yenə alovlanıb:” Deyəcəkdim, ərə get, sakitləş, amma onla əlaqəli deyil artıq".

Xanım müğənni sözünün sonunda münasibətini daha kəskin şəkilədə sərgiləyib: ” O ki qaldı yaşadığım villaya, Cenniferin evində olmağa nə lüzum var, başın çıxmayan internet dünyasında yaşayırıq. Xaricdəki jurnalistlər sənin kimi yatmayıb. Dünyaca məşhur birinin evinin dizaynını öyrənmək sən düşündüyündən daha asandır, vallah. Bir də ki, mənə cinayətkar deyirsən, ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən" deyə, Rəqsanə İnstaqram hesabında yazıb.

Qeyd edək ki, tanınmış jurnalist Ülviyyə Alovlu ilə müğənni Rəqsanə İsmayılova arasında qalmaqal ötən ildən gündəmdədir. Rəqsanənin jurnalistin ünvanına səsləndirdiyi sərt açıqlama qarşı tərəfi özündən çıxarmış, qarşı tərəf isə qəzəblənib:"Rəqsanə qələt edir deyəmüğənnini təhqir etmişdi.


Əntiqə Rəşid